“Belə oynasam, Çernoqoriya ilə görüşə çağırılmayacağam”
21.10.2010 - 17:04
“Belə oynasam, Çernoqoriya ilə görüşə çağırılmayacağam”
“Komanda yaxşı oynayanda, sən də yaxşı oynayırsan, pis oynayanda da pis”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Fabio Luis Ramim deyib.

2005-ci ilin qışından ölkəmizdə oynayan 28 yaşlı braziliyalı yarımmüdafiəçi sonradan milliləşdirilərək, 2008-ci ildə “Bakı”ya keçdiyi zaman yığmamızın baş məşqçisi Berti Foqts tərəfindən milliyə dəvət olundu. Ancaq əvvəlki səviyyəsindən uzaq olan Ramimdə oyun planında geriləmə var. Təsadüfi deyil ki, futbolçu yığmamızın son hazırlığınıza çağırılsa da, Foqts Türkiyə ilə oyundan sonra onu heyətdən kənarlaşdırdı. O, bunu hazırlıq səviyyənizin qeyri-qənaətbəxş olmamağı ilə əsaslandırdı.

Ramim zəif oynadığını qəbul edərək, bunu komandanın uğursuzluğu ilə əsaslandırır: “Çünki bunlar bir-birindən asılı şeylərdir. Ona görə də bunu normal qarşılamaq lazımdır. Belə oynasam, yığmanın noyabrın 17-də Çernoqoriya millisi ilə yoldaşlıq görüşünə çağırılmayacağam. Öz üzərimdə çalışıb, yaxşı oynamağa çalışacağam. Komandanın uğursuzluq zolağından çıxması oyunuma yaxşı mənada təsir göstərəcək. Yığmaya kimin çağırılmasına artıq baş məşqçi qərar verəcək”.

Qeyd edək ki, Fabio “Bakı”ya gələnə kimi İmişlinin “MKT-Araz” və Bakının “Olimpik” klubunda oynayıb.

Mehman SÜLEYMANOV