Qərb sınağı davam edir: “Xəzər Lənkəran” və “Neftçi” rəqiblərini dəyişdi
22.10.2010 - 10:43
Qərb sınağı davam edir: “Xəzər Lənkəran” və “Neftçi” rəqiblərini dəyişdi
Sabah Unibank Premyer Liqasında X turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, liderlər “Neftçi” ilə “Xəzər Lənkəran” ardıcıl ikinci tur Qərb təmsilçiləri ilə sınağa çıxacaqlar.

Fərq ondadır ki, bu dəfə onlar evdə oynayırlar və rəqiblərini dəyişiblər: “Neftçi” “Gəncə”ni, “Xəzər Lənkəran” “Turan”ı qəbul edəcək. İlk iki pillənin sahibləri ötən tur Qərbdən xal itkisi ilə döndülər. “Neftçi” Tovuzda xal itirdiyi (2:2) halda, “Xəzər Lənkəran” Gəncədə böyük hesabla uduzdu – 1:4. Bundan nəticə çıxartmalı olan çempionluğa iddialı komandalar növbəti görüşlərinə daha ciddi yanaşmalıdırlar. Üstəlik, “Neftçi” və “Xəzər Lənkəran” kimi cəmi bir dəfə uduzan “Gəncə” son ikisi böyük hesabla olmaqla, ardıcıl 3 qələbə qazanıb.

Mövsümə uğursuz startdan sonra özünə gələn “Qəbələ” ötən turun qəhrəmanını qəbul edəcək. Bu, son çempion “İnter”i 5:0 hesabı ilə məğlub edən AZAL-dır. Turnir cədvəlinin yuxarısında sıxlıq olduğu üçün Nazim Süleymanovun yetirmələri xal itkisinə yol verməməyə çalışmalıdır. Çünki “təyyarəçilər”in büdrəməsindən ən yaxın izləyiciləri istifadə edə bilərlər.

Turun mərkəzi oyunu sayıla bilən Bakı derbisində son iki ölkə çempionu görüşəcək. Ümumiyyətlə, 2008-ci ildən bu yana qızıl medalları “İnter”lə “Bakı” növbəliliklə qazanır. Bunların ikisinə sahib çıxan “İnter” 0:5 hesablı məğlubiyyətdən sonra özünə bəraət qazanmalıdır. “Bakı” daha uğursuz çıxış etdiyi üçün psixoloji durum ürəkaçan deyil. Bu mənada hər iki komandaya qələbə hava-su kimi vacibdir və özünü daha yaxşı toparlayan buna nail ola biləcək.

Bazar günü “Şəfa” stadionunda iki görüş keçiriləcək ki, MOİK Tofiq İsmayılov adına Suraxanı qəsəbə və Tofiq Bəhramov adına Respublika stadionundan sonra bu arenaya üz tutdu. “İnter” – “Bakı” görüşü də “Şəfa”da keçiriləcəyindən, MOİK – “Simurq” bu çempionatda ən erkən saatda başlayacaq. Autsayderlərin görüşündəki nəticə turnir cədvəlinin aşağısında vəziyyəti dəyişdirəcək. Hələ kimi qələbə üzünə həsrət qalan “Simurq” buna son qoymaq üçün yaxşı fürsət qazanıb. Zaqatalılar son oyunlarda məğlubiyyətləri sıralayan rəqiblə görüşdə buna nail olarsa, onu arxada qoyaraq, nəhayət son pillədən yaxa qurtaracaq. Artıq özünə gələn “Qarabağ”ı Salyanda heç də asan sınaq gözləmir. Xeyli fasilədən sonra ev oyununa çıxacaq “Muğan” cari mövsümdə öz meydanında məğlubedilməzdir.

3 oktyabr

15:00. "Qəbələ" - AZAL

Hakimlər: Ceyhun Haşımov, İlham Əliyev, Habil Əliyev, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

17:00. "Neftçi" - "Gəncə"
Hakimlər: Elçin Məmmədov, Aydın Ələkbərov, Elşən Acalov, Zahid Həşimov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

17:00. "Xəzər Lənkəran" - "Turan"
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Coşqun Həsənov, Tahir Əhmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

24 oktyabr

13:00. MOİK - "Simurq"

Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Yaşar Abbasov, Rövşən Əhmədov
Bakı. "Şəfa" stadionu

15:00. "Muğan" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İsgəndər Əliyev, Orxan Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "İnter" - "Bakı"
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Munis Abdullayev, Əmrah İbrahimov
Bakı. "Şəfa" stadionu

TURNİR CƏDVƏLİ

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

9

6

2

1

17-4

20

2

Xəzər Lənkəran

9

5

3

1

10-5

18

3

AZAL

9

5

2

2

14-6

19

4

İnter

9

5

1

3

7-8

16

5

Qarabağ

8

4

2

2

10-6

14

6

Gəncə

9

3

5

1

15-9

14

7

Qəbələ

9

4

1

4

8-7

13

8

Bakı

8

3

3

2

12-10

12

9

Muğan

9

2

3

4

6-9

9

10

MOİK

9

1

1

7

4-20

4

11

Turan

9

0

4

5

7-15

4

12

Simurq

9

0

3

6

7-18

3



Bombardir: Bahodir Nasimov (Neftçi) - 10