Tarixi derbi qayıtdı
22.10.2010 - 12:00
Unibank Premyer Liqasının X turu Azərbaycan milli çempionatlarında tarixi rəqabəti qaytaracaq. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə “Kəpəz” arasında oyunlar ötən əsrdə əsas derbilərimizdən sayılırdı. Düzdür, gəncəlilər bu derbidə daha çox “Kəpəz” adı ilə çıxış etsə də, “Gəncə” onun varisidir. Hər halda, komanda çempionatda keçirdiyi son il yarımda “Gəncə” adını daşımağa başladı. Ancaq bu, düşərli olmadı və komanda yeni adla oynayandan az sonra dağıldı. Nəticədə 4 il güclülər dəstəsindən kənarda qalan qərb təmsilçisi I divizionun çempionu kimi geri qayıtdı. İndi gəncəlilər 90-cı illərdə “Neftçi” kimi çempionluğa iddialı olmasalar da, hər halda, qayıdandan sonra xoş təsir bağışlayırlar. “Kəpəz”də məşqçi, “Gəncə”də isə baş məşqçi kimi “Neftçi” ilə görüşə çıxan Fuad İsmayılov “İnter” və “Xəzər Lənkəran” kimi güclü rəqiblərə qalib gəlib.
“Neftçi” ilə “Gəncə” çempionatda 31-ci görüşə çıxacaq. Balans gəncəlilərin xeyrinədir. Belə ki, “Kəpəz” 14, “Neftçi” 13 dəfə qələbəyə sevinib. Cəmi 3 görüşdə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Komandaların həmişə görüşdükləri Tofiq Bəhramov adına Respublika stadionundakı oyunların balansında “Neftçi” üstünlüyə malikdir. Belə ki, “ağ-qaralar” evdə 15 oyunun 9-da qalib gəlib, 1-də heç-heçə edib, 5-də uduzub.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov futbolçu kimi dəfələrlə bu komandanın heyətində gəncəlilərə qarşı oynayıb. Ən maraqlısı odur ki, Əsədov futbolçu karyerasını məhz “Gəncə”də bitirib və baş məşqçi Şahin Diniyevin bir müddət köməkçisi olub. Yəni məşqçi kimi ilk addımlarını orada atan keçmiş müdafiəçi hər iki komandanın heyətində derbidə iştirak edib.
“Neftçi” ilə “Kəpəz” ölkənin ən güclü klubları sayılır. Belə ki, ölkə kubokunu ən çox məhz onlar (hərəyə 4 dəfə) qazanıb. “Ağ-qaralar”ın “Qarabağ”la mübahisəli çempionluğunu (1996/97) nəzərə almasaq 4, “Kəpəz” isə 3 dəfə qızıl medallara çıxıb. Derbidə ən çox iştirak edən baş məşqçi uzun illər “Kəpəz”i çalışdıran Mehman Allahverdiyev olub ki, komandanın bütün uğurları onunla bağlıdır. İsmayılov da uzun müddət Allahverdiyevin köməkçisi olub.
Derbinin iştirakçıları 1611 gündən sonra görüşəcək. Belə ki, 2006-cı ilin mayın 25-də Gəncədə görüşdəki meydan sahibləri prinsipial rəqibindən ən ağır məğlubiyyəti alıb – 0:5. Yeri gəlmişkən, gəncəlilər onu 3 dəfə böyük hesabla yenən “Neftçi”yə belə aqibət yaşada bilməyib. 1993/94 mövsümündə “ağ-qaralar”ın 0:3 hesablı məğlubiyyəti isə meydana çıxmadan qeydə alınan nəticədir. Bu da “Neftçi”nin həmin vaxt çempionatdan yarımçıq çıxması ilə bağlıdır.
“Neftçi” – “Kəpəz” arasında Azərbaycan milli çempionatında keçirilən oyunlar
1992 mövsümü
“Neftçi” – “Kəpəz” – 2:1
“Kəpəz” – “Neftçi” – 1:0
1993 mövsümü
“Neftçi” – “Kəpəz” – 2:0
“Kəpəz” – “Neftçi” – 2:0
1993/94 mövsümü
“Neftçi” – “Kəpəz” – 0:3 hesablı texniki məğlubiyyət
“Kəpəz” – “Neftçi” – 1:0
1994/95 mövsümü
“Neftçi” – “Kəpəz” – 0:0
“Kəpəz” – “Neftçi” – 2:1
1995/96 mövsümü
“Neftçi” – “Kəpəz” – 3:2
“Kəpəz” – “Neftçi” – 0:0
“Altılıq” mərhələsi
“Neftçi” – “Kəpəz” – 2:3
“Kəpəz” – “Neftçi” – 2:1
1996/97 mövsümü
“Neftçi” – “Kəpəz” – 2:0
“Kəpəz” – “Neftçi” – 1:1
1997/98 mövsümü
“Neftçi” – “Kəpəz” – 0:1
“Kəpəz” – “Neftçi” – 2:0
1998/99 mövsümü
“Neftçi” – “Kəpəz” – 1:3
“Kəpəz” – “Neftçi” – 0:2
“Altılıq” mərhələsi
“Neftçi” – “Kəpəz” – 3:0
“Kəpəz” – “Neftçi” - 1:0
1999/00 mövsümü
“Neftçi” – “Kəpəz” – 3:1
“Kəpəz” – “Neftçi” – 1:0
2000/01 mövsümü
“Neftçi” – “Kəpəz” – 1:0
“Kəpəz” – “Neftçi” – 3:1
2003/04 mövsümü
“Neftçi” – “Kəpəz” – 3:0
“Kəpəz” – “Neftçi” – 1:2
2004/05 mövsümü
“Neftçi” – “Kəpəz” – 2:0
“Gəncə” – “Neftçi” – 0:1
2005/06 mövsümü
“Neftçi” – “Gəncə” – 1:2
“Gəncə” – “Neftçi” – 0:5
Mehman SÜLEYMANOV

0
0