Premyer Liqa hakimlərinə istirahət
22.10.2010 - 12:52
Premyer Liqa hakimlərinə istirahət
Hakimlər Komitəsi XIX Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarına təyinat almış hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 26-da və 27-də keçiriləcək görüşlərdə əsasən aşağı dəstə və əvəzedicilərin oyunlarında ədaləti qoruyanlara şans veriləcək. Bu, Unibank Premyer Liqasının iddialı klublarının ilk mərhələdən azad olunması ilə bağlıdır.

Qeyd edək ki, 1/16 final mərhələsinin bütün oyunlar saat 14:00-da başlanır.

26 oktyabr (çərşənbə axşamı)

"Karvan" - MKT "Araz"

Hakimlər: Azad Mütəllimov, Hüseyn İmanov, Rasim Əhmədov, İlqar Zeynalov
Yevlax şəhər stadionu

"Bakılı" - "Neftçi" İSM
Hakimlər: Alik Yunusov, Hüseyn Əsgərov, Ruslan Nəsibov, Elxan Müslümov
"Şəfa" stadionu, 4-cü meydança

"Anşad Petrol" - "Şuşa"
Hakimlər: Orxan Məmmədov, Azad Ə.Hüseynov, Akif Adıgözəlov, Elgün Hüseynov
N.Nərimanov adına Neftçala şəhər stadionu

"Şəmkir" - "Rəvan"
Hakimlər: Hacıəli Ağayev, Habil Əliyev, Samir Hacıyev, Əli Əliyev
Şəmkir şəhər OİK stadionu

27 oktyabr (çərşənbə)

"Şahdağ" - "Gəncə"

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Etibar Həsənov
Ş.Orduxanov adına Qusar şəhər stadionu

"Abşeron" - MOİK
Hakimlər: Feyzulla Feyzullayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
"Şəfa" stadionu

Mənbə: pfl.az