Şükürov məqsədinə çata bilmədi
27.10.2010 - 23:09
Şükürov məqsədinə çata bilmədi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çernoqoriyaya uduzan Azərbaycan yığmasının baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini bildirib.

Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı məqsədə çatmadıqlarını söyləyib: “Əvvəlki oyunlarda məğlub olmuşduq və bu gün qələbə qazanmaq istəyirdik. Hesabı açsaq da, üstünlüyümüzü qoruya bilmədik və qısa vaxt ərzində 2 qol buraxdıq. Sonrakı dəqiqələrdə çox səy göstərsək də, təəssüf ki, istədiyimizə nail ola bilmədik”.