Azərbaycan futbolunun ən tarixi oyunu “Neftçi”nin adı ilə bağlıdır
28.10.2010 - 09:11
1992-ci ildə müstəqillik əldə edən Azərbaycanın futbol meydanlarındakı uğurları o qədər də çox olmayıb. Apasport.az saytının məlumatına görə, bu 18 ildə əldə olunan ən böyük nailiyyətin hansı olduğu ətrafında müzakirələr ölkəmizdən kənarda da davam edir. Bəziləri iddialıların ikinci, bəzən üçüncü heyətlə yollandığı “Birlik kuboku”nda qazanılan iki birinciliyi, bəziləri avrokubokların təsnifat mərhələlərindəki təsadüfi uğurları, bəziləri milli komandanın uduzmadığı azsaylı oyunları yüksək dəyərləndirir.
Litvalı həmkarlarımızın bu məsələyə öz baxışları var. Keçmiş SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən 15 ölkənin azadlıq illərində əldə etdiklərini müəyyənləşdirən Baltika sahillərindən olan jurnalistlər Azərbaycan haqda fikirlərini belə izah edib: Azərbaycan futbolu üçün müstəqilliyin ən tarixi oyun “Neftçi”nin adı ilə bağlıdır. Bakılılar Çempionlar Liqasının 2004/2005 mövsümündə Rusiyanın MOİK klubu ilə qolsuz heç-heçə etmişdilər Hərçənd meydan sahibləri oyunun gedişində böyük üstünlüyə malik idilər. Bu oyunla moskvalılar möhtəşəm mövsümü başlayıb sonda UEFA kubokunu qazandılar.
Litvalılar “Qarabağ” uğurlarını da unutmayıblar: Nəticə baxımından isə “Qarabağ” qeyd olunmalıdır. Onlar ötən il Avropa Liqasında qitə kuboklarının əbədi iştirakçısı Norveç “Rusenborq”unu (0:0, 1:0), ardından Finlandiya “Honka”sını (1:0, 2:1) məğlub etmişdi. Onlar bu il də pley-off mərhələsinədək irəliləyib bu yolda Polşa “Visla”sını yarışdan kənarlaşdırdılar.
Millimizin uğurlarına biganə qalmayan həmkarlarımızın fikrincə ən dəyərli nailiyyətimiz DÇ-2010-nun seçmə mərhələsində qeydə alınıb. Rusiya ilə 1:1 hesablı heç-heçəni digər qələbə və bərəbərliklərimizdən üstün tutan litvalılar Serbiyanın Avro-2004-ə yolunu bağlamağını (2:1, 2:2) da xatırladıblar.

0
0