Klasniçə zorlama ittihamı
28.10.2010 - 14:17
Klasniçə zorlama ittihamı
Xorvatiya yığmasının futbolçusu İvan Klasniç 17 yaşlı qızı zorlamaqda ittiham olunur. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasında mübarizə aparan “Bolton”da oynayan hücumçu şübhəli şəxs kimi polis tərəfindən dindirilib.
Olayla bağlı məhkəmə noyabrın 1-də olacaq. Klasniç isə hələlik zaminə buraxılıb. 30 yaşlı futbolçu məsləhətçisi vasitəsilə rəsmi bəyanat vermək fikrindədir.

Qeyd edək ki, daha çox “Verder” klubundan tanınan Klasniç bu komandanın heyətində Almaniya çempionu olub. 2009-cu ildən “Bolton”da oynayan İvan vaxtilə iki böyrəyinin köçürülməsindən əməliyyat keçirib. 3 il öncə bu əməliyyatdan sonra onun karyerasını davam etdirəcəyi böyük sual altında idi. Həmin vaxt ailə həyatı quran Klasniçin 3 yaşlı qızı var. Bu ilin avqustunda isə onun həyat yoldaşına Hamburq şəhərində hücum edilib.