“Bakı” bizimlə oyuna dönüş nöqtəsi kimi baxır”
28.10.2010 - 15:32
“Bakı” bizimlə oyuna dönüş nöqtəsi kimi baxır”
"Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Zədəli Rail Məlikovdan başqa futbolçuların hamısı oyuna hazırlaşırlar. "Bakı" ilə oyuna gəlincə, bu komandalar arasında oyunlar həmişə prinsipial olub”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Gənc çalışdırıcı Unibank Premyer Liqasının növbəti turunda “Bakı” ilə oyun öncəsi klubunun rəsmi saytına açıqlamasında bildirib ki, rəqibin cari mövsümdə uğursuz çıxışı onları arxayınlaşdırmır: “Bakı”nın hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmasına baxmayaraq, oyunun gərgin keçəcəyini düşünürəm. Üstəlik, "Bakı" klubu son iki oyunda məğlub olduğundan, bizimlə görüşə dönüş nöqtəsi kimi baxır. Bizim üçün çətin olsa da, çalışacağıq ki, qələbə qazanıb, turnir cədvəlində mövqeyimizi daha da möhkəmlədək".