FİFA xəbərdarlıq edir
28.10.2010 - 15:40
FİFA xəbərdarlıq edir
FİFA Bosniya və Herseqovina Futbol Federasiyasını cəzalandırmaq istəyir. Apasport.az saytının məlumatına görə, buna səbəb hazırda bu qurumun prezident postunda 2 nəfərin yer almasıdır.

Onlar ölkənin iki müxtəlif siyasi cərəyanını təmsil edir. Ölkə tarixən iki hissəyə - serbiyalı və xorvatiyalılara bölünüb. FİFA federasiyadan rəhbər postunda bir nəfəri saxlamağı tələb edib. Çünki indiki vəziyyət FİFA-nın tələblərinə ziddir. Ancaq Bosniyada belə hesab edirlər ki, bu addım siyasi cəhətdən düzgün deyil. FİFA da öz növbəsində onlara ultimatum verib. Belə ki, 2011-ci ilin martına kimi federasiyanın strukturunda dəyişiklik olmazsa, onda sanksiya tətbiq ediləcək. Bu zaman ölkənin yığmaları və klubları beynəlxalq yarışlardan kənarlaşdırılacaq.