İqor Mitreski “Bakı”nı qıcıqlandırır
29.10.2010 - 12:19
İqor Mitreski “Bakı”nı qıcıqlandırır
“Hazırda “Bakı”nın problemləri var. Ancaq əminəm ki, bizə qarşı var gücləri ilə oynayacaqlar. İndi bütün diqqətini bizimlə oyuna yönəldiblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun legioneri İqor Mitreski deyib.

Makedoniyalı futbolçu oktyabrın 31-də “Bakı” ilə oyuna ciddi hazırlaşdıqları və rəqib barədə bütün məlumatları topladıqlarını bildirib: “Biz öz növbəmizdə bu matça çox ciddi hazırlaşırıq. Əsas odur ki, meydanda olan hər bir oyunçu bütün bacarığını ortaya qoya bilsin. Mənim bu komanda haqqında xeyli məlumatım var. Baş məşqçimizlə bir yerdə “Bakı”nın oyunlarını təhlil edirik. Amma əsas odur ki, oyuna tam hazır olaq”.

Futbolçunun sözlərinə görə, “Bakı”nın üzvləri bu qarşılaşmaya ölüm-dirim oyunu kimi baxsalar da, bu onları narahat etmir: “Bu bizi narahat etmir. Biz bütün rəqiblərə ciddi yanaşırıq. Bundan əvvəl qeyd etdiyim kimi, əsas odur ki, bu oyuna tam hazır olaq. Psixoloji cəhətdən komandamızda heç bir problem yoxdur, əhval-ruhiyyəmiz əladır”.