Statistika: “Qarabağ” “Xəzər Lənkəran”a qalib gələcək
29.10.2010 - 14:42
Unibank Premyer Liqasının I dövrəsinin son turu çərçivəsində sabah keçiriləcək “Qarabağ”la “Xəzər Lənkəran”ın görüşlərində maraqlı tendensiya müşahidə olunur. Apasport.az saytının hesablamalarına görə, statistika Ağdam təmsilçisinin qalib gələcəyini deyir.
Məsələ ondadır ki, “Qarabağ”la “Xəzər Lənkəran”ın 2004-cü ildən başlanan oyunlarında ilk dövrədə demək olar həmişə meydan sahibləri qələbə qazanır. “Qarabağ” rəqibini Ağdamda yox, Bakıda qəbul etsə də, hər halda, evdə oynayır. Deməli, tendensiya davam edərsə, Qurban Qurbanovun yetirmələri meydandan qalib ayrılacaq. Bu çalışdırıcının evdə həmişə “Xəzər Lənkəran”ı yenməsi də statistikanın özünü doğruldacağını deməyə əsas verir. Düzdür, yalnız bir dəfə meydan sahibi uduzub ki, onda da qələbə qazanan “Qarabağ” olub. Bu, Qurbanovun “Xəzər Lənkəran” üzərində ilk qələbəsidir.
Komandaların arxada qalan 6 mövsümdəki görüşlərinin yarısında “Qarabağ”, yarısında isə “Xəzər Lənkəran” öncə rəqibini qəbul edib. Tendensiya hər iki komandanın ev oyunlarında davam edir. Maraqlıdır ki, bu, ölkə kubokunda da belə olub. “Qarabağ”la “Xəzər Lənkəran” yalnız ötən mövsüm bu turnirdə görüşüb. Onda da ilk oyun ağdamlıların meydanında olub və uduzan qonaqlar evdə keçirdikləri cavab görüşündə bunun əvəzini çıxa bilib.
Ümumiyyətlə, komandalar kuboku da nəzərə alsaq, 16 dəfə üzləşiblər. Balans “Qarabağ”ın xeyrinədir - 8 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət. Həmin görüşlərdə yalnız bir dəfə qol vurulmayıb ki, bu da yeganə heç-heçə nəticələnən oyundur.
Qeyd edək ki, “Qarabağ”la “Xəzər Lənkəran”ın tarixlərində hər ikisi çalışdırmış mütəxəssislər var. Bunlar olimpiya çempionumuz İqor Ponomaryovla türkiyəli Rasim Karadır. Qurbanov “Qarabağ”da məhz Karanı 2008-ci ilin avqustunda, çempionatın startına bir həftə qalmış əvəzləyib. Həmin vaxt türkiyəli “Xəzər Lənkəran”a qayıtmaya üstün tutmuşdu. Qurbanovun komandası “Xəzər Lənkəran”ı yenməklə, Karanı istefaya göndərib. Ponomaryov isə “Qarabağ”ı çalışdıranda səfərdə “Xəzər Lənkəran”dan (0:3), “Xəzər Lənkəran”a rəhbərlik edəndə “Qarabağ”dan aldığı məğlubiyyətdən (0:1) sonra “kreslosu laxlayaraq”, tezliklə vəzifəsindən kənarlaşdırılıb. Cari mövsümdən lənkəranlıları çalışdıran rumıniyalı Mirça Rednik ilk dəfə “Qarabağ”la görüşəcək.
“Qarabağ” və “Xəzər Lənkəran” klublarının görüşü
2004/05 mövsümü
“Qarabağ” – “Xəzər Lənkəran” – 3:1
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
“Xəzər Lənkəran” – “Qarabağ” – 3:0
Lənkəran. Şəhər mərkəzi stadionu
2005/06 mövsümü
“Qarabağ” – “Xəzər Lənkəran” – 2:1

“Xəzər Lənkəran” – “Qarabağ” – 2:0
Lənkəran. Şəhər mərkəzi stadionu
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Qarabağ” – 2:0
Lənkəran. Şəhər mərkəzi stadionu
“Qarabağ” – “Xəzər Lənkəran” – 1:4

2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Qarabağ” – 2:0
Lənkəran. Şəhər mərkəzi stadionu
“Qarabağ” – “Xəzər Lənkəran” – 2:0

2008/09 mövsümü
“Xəzər Lənkəran” – “Qarabağ” – 1:3
Lənkəran. Şəhər mərkəzi stadionu
“Qarabağ” – “Xəzər Lənkəran” – 1:0
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
2009/10 mövsümü
İlkin mərhələ

“Xəzər Lənkəran” – “Qarabağ” – 0:0
Lənkəran. Şəhər mərkəzi stadionu
Final mərhələsi
“Xəzər Lənkəran” – “Qarabağ” – 2:1

Azərbaycan kuboku, 1/4 final mərhələsi

“Xəzər Lənkəran” – “Qarabağ” – 1:0

0
0