Əskişəhərdə Vaqif Cavadov sədaları
29.10.2010 - 15:00
Əskişəhərdə Vaqif Cavadov sədaları
Türkiyənin “Əskişəhərspor” klubunun azarkeşləri komandalarında daha bir azərbaycanlı futbolçunu görmək istəyirlər. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqovun bu klubdakı uğurlu debütü türkiyəlilərin futbolçularımıza marağını artırıb.

Həmyerlimizin debütündən sonra Superliqadakı qələbə həsrətinə son qoyub, ardıcıl 2 dəfə qalib gələn komandanın fanatları da Sadıqovun nümayiş etdirdiyi oyundan məmnundur. Elə bunun nəticəsidir ki, türkiyəlilər Vaqif Cavadovu “Əskişəhərspor”da görmək istəyirlər. Klubun forumlarında qış “transfer pəncərəsi” haqda müzakirələr aparan azarkeşlərin sanki başqa arzusu yoxdur. Onlar Vaqifin 21 yaşı olmasına baxmayaraq, yığmada 30 dəfə meydana çıxmasından, perspektivindən və hətta Hollandiyanın “Alkmaar” klubunda oynamasından bəhs edirlər. Hücumçumuzun müqavilə ilə məxsus olduğu “Tvente” ilə “Alkmaar”ı səhv salan əskişəhərlilər Bülənt Uyğundan belə bir oyunçunun transferini istəyirlər.

Qeyd edək ki, müqavilə ilə Hollandiya təmsilçisinə məxsus Cavadov icarə əsasında “Bakı”da çıxış edir.