Vinfred Şafer daha bir legioneri məşqlərdən kənarlaşdırdı
29.10.2010 - 15:20
Vinfred Şafer daha bir legioneri məşqlərdən kənarlaşdırdı
“Bakı” klubunun baş məşqçisi Vinfred Şafer daha bir legioneri əvəzedici komandaya göndərib. Apasport.az saytının məlumatına görə, yenə moldovalı futbolçu ilə bağlı belə qərar çıxaran Şafer müdafiəçi Vadim Boretsdən sonra hücumçu Vyaçeslav Sofronini “Neftçi” ilə oyun öncəsi məşqlərindən kənarlaşdırıb.

Sofroni apasport.az saytına açıqlamasında sabah əvəzedici komandanın heyətində “Neftçi” ilə görüşə çıxacağını bildirib. O, haqqında çıxarılan qərardan üzüldüyünü, ancaq bununla barışmaq məcburiyyətində qaldığını bildirib.

Qeyd edək ki, Borets kimi Moldova yığmasının üzvü olan Sofroni Şaferin dövründə daha çox ehtiyatda qalır. Cari mövsümdə 1 qol vuran Vyaçeslav braziliyalı həmkarı Jaba cəzalı olanda əsas heyətdə möhkəmlənmək imkanı qazansa da, bundan istifadə edə bilmədi. Belə gedişlə hələ yayda gedişi gündəmdə olan Sofroni qış fasiləsində “Bakı”dan birdəfəlik ayrılacaq.