“Bakı” yenə uduzdu, “Neftçi” I dövrənin çempionudur
31.10.2010 - 19:10
Bu gün Unibank Premyer Liqasında təsnifat mərhələsinin I dövrəsinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, baş tutan 3 qarşılaşmadan sonra dövrənin qalibini müəyyənləşib.
Günün mərkəzi qarşılaşmasında “Bakı”nı 2 cavabsız qolla məğlub edən flaqman 1 günlük fasilədən sonra zirvəyə qayıdıb. Ardıcıl 3-cü dəfə meydanı başıaşağı tərk edən paytaxtın eyni adlı təmsilçisi isə mövqeyini daha da pisləşdirib. Vinfred Şaferin yetirmələri hazırda 6-cı pillədən 3, liderdən isə 14 xal geri qalır. “Neftçi” kimi bombardirlər yarışında da liderlik edən futbolçusu Bahodir Nasimov da hesabını artırmağa nail olub.
Əyalətdə keçirilən 2 matçda isə cəmi 1 qol qeydə alınıb. Bu top “İnter”i 3-cü pilləyə qaldırıb. Bakılılara uduzan “Simurq” isə növbəti ev məğlubiyyətinə üzülüb. Altılığa vəsiqə uğrunda mübarizə aparan “Gəncə” və “Qəbələ” isə qalibi müəyyənləşdirə bilməyiblər. Qolsuz heç-heç daha çox səfərdə oynayan Toni Adamsın yetirmələri üçün sərfəli olub.
Xatırladaq ki, tura dünən keçirilən 3 matçla start verilmişdi.
30 oktyabr
“Turan” – MOİK - 2:0
QOLLAR: Vurğun Hüseynov, 14 (p); Viktor Qonta, 57
Tovuz şəhər stadionu
AZAL – “Muğan” - 2:0
QOLLAR: Qvidas Yuska, 29; Viktor İqbekoi, 85
“Şəfa” stadionu
“Qarabağ” – “Xəzər Lənkəran” - 0:1
QOL: Konstantin Arbanas, 66
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
31 oktyabr
14:00. “Gəncə” – “Qəbələ” – 0:0
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu
14:00. “Simurq” – “İnter” – 0:1
QOL: Filip Despotovski, 14
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu
17:15. “Bakı” – “Neftçi” - 0:2
QOLLAR: Flavinyo, 50, Bahodir Nasimov, 71
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev
T.Bəhramov adına Respublika stadionu
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (Neftçi) - 12

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 11 | 8 | 2 | 1 | 25-6 | 26 |
2 | Xəzər Lənkəran | 11 | 7 | 3 | 1 | 13-5 | 24 |
3 | İnter | 11 | 7 | 1 | 3 | 9-8 | 22 |
4 | AZAL | 11 | 6 | 3 | 2 | 16-6 | 21 |
5 | Qarabağ | 11 | 5 | 3 | 3 | 12-7 | 18 |
6 | Qəbələ | 11 | 4 | 3 | 4 | 8-7 | 15 |
7 | Gəncə | 11 | 3 | 6 | 2 | 17-15 | 15 |
8 | Bakı | 11 | 3 | 3 | 5 | 12-15 | 12 |
9 | Muğan | 11 | 2 | 4 | 5 | 6-11 | 10 |
10 | Turan | 11 | 1 | 4 | 6 | 9-17 | 7 |
11 | Simurq | 11 | 1 | 3 | 7 | 9-19 | 6 |
12 | MOİK | 11 | 1 | 1 | 9 | 4-24 | 4 |

0
0