Rəşad Sadıqova “5” verdilər
31.10.2010 - 10:52
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubunda keçirdiyi III oyunda aldığı qiymət məlum olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçimiz Superliqanın “Ankaragücü” ilə qarşılaşmasında ötən turlardakı oyununu göstərə bilməyib. Belə ki, Türkiyə mətbuatı Rəşadın qolsuz bitən matçdakı əməyini 5 balla qiymətləndirib. Ötən tur “6”ya layiq görülən Sadıqov futbolçulara uldzu verən həmkarlarımızın gözündə də geriləyib. O, bu dəfə 3 deyil, 2 ulduz alıb. Təbii ki, bu da “Əskişəhərspor”un evdə 2 xal itirməsi ilə bağlıdır.
0
0