Azərbaycan çempionu üçün 2 rəqib
31.10.2010 - 12:46
Avropa ölkələrindən daha ikisinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “yaz-payız” sistemi ilə çempionu müəyyənləşdirən Estoniya və İrlandiyanın ən yaxşıları məlum olub. Gələn mövsüm Çempionlar Liqasında bu ölkələri müvafiq olaraq “Flora” və “Şempok Rovers” təmsil edəcək.
Estoniyanın yeni çempionu son tur ərəfəsində titulu təmin etməklə “Levadiya”nın 4 illik hegemonluğuna son qoyub. Bu iki komanda ilə yanaşı bütünc medalın sahibi də məlum olub. Bu, ardıcıl 3-cü dəfə III yeri tutan “Trans” klubudur.
İrlandiyada isə hər şey son turda həll olunub. “Şemrok Rovers” 16 illik fasilədən sonra ölkənin ən güclüsü adını qazanıb. Dublin təmsilçisi həmşəhərliləri, ötən ilki çempion “Bohemians”ı yalnız top fərqində qabaqlayıb.
Qeyd edək ki, “Flora” və “Şemrok Rovers” 2011/12 mövsümünün Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionunun potensial rəqibləridir.

0
0