Azərbaycan çempionu mövsümü bitirdi
31.10.2010 - 13:49
Rusiya çempionatının II divizionunu Qərb zonasında yarış başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin çıxış etdiyi “Volqa” klubu son turu səfərdə keçirib. 37 yaşlı müdafiəçimizin kapitanı olduğu Tver təmsilçisi Zelenoqradda eyniadlı komanda ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Beləliklə, 32 oyundan sonra 44 xal toplayan Eminin komandası çempionatı 17 komanda arasında 9-cu yerdə bitirib.
Qeyd edək ki, 1992-ci dilə “Neftçi”nin heyətində Azərbaycan çempionu olan Emin 1993-cü ildən Rusiyada çıxış edir. O, bir neçə dəfə qısa müddətə vətənə dönsə də yenidən şimala qayıdıb.
Qeyd edək ki, 1992-ci dilə “Neftçi”nin heyətində Azərbaycan çempionu olan Emin 1993-cü ildən Rusiyada çıxış edir. O, bir neçə dəfə qısa müddətə vətənə dönsə də yenidən şimala qayıdıb.
0
0