Futbol meydanına basqında 14 nəfər öldürüldü
31.10.2010 - 14:34
Futbol meydanına basqında 14 nəfər öldürüldü
Hondurasda futbol oyunu zamanı bədbəxt hadisə verib. Apasport.az saytının məlumatına görə, San Pedro Sula şəhərində meydana 2 avtomobillə girən 5 nəfərdən ibarət silahlı dəstə atəş açmağa başlayıb.

Açılan atəşlərdən sonra 10 nəfər yerində, 4 nəfər xəstəxanada dünyasını dəyişib. Honduras Təhlükəsizlik Nazirliyi yaralıların ölənlərdən çox olduğunu bildirir.

Basqının səbəbi hələ dəqiqləşməyib. Polis tez-tez belə insidentlər yaradan ABŞ-a kakain göndərən şəbəkələrdən şübhələnir.