49 illik rekord qırıldı
31.10.2010 - 15:12
49 illik rekord qırıldı
İtaliya A seriyasında “Yuventus”un yeni rekordu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son turda “Milan”la oyunda turinlilərin 2-ci qolunun müəllifi Alessandro Del Pyero bununla komandasının ən çox qol vuran futbolçusuna çevrilib. O, 65-ci dəqiqədə fərqlənməklə, 179-cu dəfə qol sevinci yaşayıb və klubun bombardiri Giampero Bonipertini arxada qoyub.

Del Pyero VII turda “Leççe” ilə görüşdə rəqibinə çatmışdı.

Qeyd edək ki, 1946-1961-ci illərdə “qoca senyora”nın şərəfini qoruyan Boniperti A seriyasında 178 qola imza atmışdı. Onun bu rekordu 39 il idi dəyişməz qalırdı. Lakin 1991-ci ildən “Yuventus”da çıxış edən 35 yaşlı Del Pyero onu keçməklə yeni record müəyyənləşdirib.