Adams: Əvəzetmələrlə oyunu müəyyən qədər dəyişdik
31.10.2010 - 17:37
Adams: Əvəzetmələrlə oyunu müəyyən qədər dəyişdik
“Çox gərgin və maraqlı oyun keçdi. Komandamın ilk hissədə göstərdiyi oyun məni qane etmədiyindən ikinci hissəyə iki əvəzetmə ilə başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssisi Unibank Premyer Liqasının XI turunun “Gəncə” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bundan sonra komandanın oyunu müəyyən qədər dəyişdi. “Gəncə” çox gözəl oyun göstərdi. “Gəncə” istənilən vaxt, istənilən komandadan xal ala biləcək komandadır. Bundan sonrakı oyunlarda “Gəncə”yə uğurlar arzulayıram”.

Mənbə: pfl.az