“Qəbələ”nin futbolçuları fiziki cəhətdən daha güclüdür”
31.10.2010 - 17:43
“Maraqlı oyun oldu. Xüsusən də ilk hissədə çoxlu qol imkanları yaratsaq da, onlardan faydalana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.
Təcrübəli çalışdırıcı Unibank Premyer Liqasının XI turunun “Qəbələ” ilə qarşılaşmasındakı xal itkisindən narazı qalıb. İsmayılov matçdan sonra təşkil olunan mətbuat konfransında 0:0 hesablı nəticəyə təəssüfləndiyini açıqlayıb: “Qəbələ”nin futbolçuları fiziki cəhətdən bizim oyunçulardan güclü olsalar da, başabaş mübarizə apara bildik. Çox təəssüf ki, qol epizodlarından istifadə edə bilmədik”.
Mənbə: pfl.az

0
0