“Simurq”a 6-7 qol vurmalı idik”
31.10.2010 - 17:54
“Simurq”a 6-7 qol vurmalı idik”
“Simurq”la qarşılaşmada ümumilikdə oyundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Unibank Premyer Liqasının XI turunun “Simurq”la qarşılaşmasından sonra matç haqda fikirlərini açıqlayıb: “Məni razı salmayan qol vəziyyətlərindən istifadə etməməyimizdir. 6-7 real qol epizodunda “Simurq”un qapıçısı çox yaxşı oynadı”.

Qeyd edək ki, “İnter” Zaqataladakı görüşdə 1:0 hesabı ilə qalib glib.

Mənbə: pfl.az