Kaxaber Sxadadzedən növbəti “igidlik”
31.10.2010 - 18:13
Unibank Premyer Liqasının XI turu xoşagəlməz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu dəfə də hadisələrin mərkəzində Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze durub.
Azərbaycanlı jurnalistlərə qarşı mənfi münasibətilə daim seçilən gürcüstanlı “Simurq”la Zaqatalada keçirilən qarşılaşmadan sonrakı mətbuat konfransında “fərqlənib”. Belə ki, o, həmkarlarımızdan birinin icarədə olan futbolçulara qoyulan qadağa ilə bağlı sualına sərt reaksiya verib.
Məsələ ondadır ki, “İnter”in baş məşqçisi “Simurq”a icarəyə verilən futbolçulara – Baçana Sxadadze, Tofiq Mikayılov, Paulius Paknisə bu görüşdə meydana çıxmağı qadağan edib. İcarə ilə bağlı anlaşmada belə bənd olmasa da, Sxadadze komandasının qələbəsinin asan əldə olunması üçün rəqibi bu yolla zəiflədib.
Bundan xəbərdar olan jurnalistin sualı da bu səbəbdən Sxadadzeni qıcıqlandırıb. Məşqçi həmkarımızı acılamaqla yanaşı, həmkarımıza hədə-qorxu da gəlib.

0
0