Qyoko Hacıyevski: “İnter” bizdən güclüdür
31.10.2010 - 18:20
Qyoko Hacıyevski: “İnter” bizdən güclüdür
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski “İnter”ə məğlubiyyəti təbii sayır. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis Unibank Premyer Liqasının XI turunun qarşılaşmasından sonra keçirilən mətbuat konfransında yetirmələrinin həqiqətən də rəqibdən zəif olduğunu etiraf edib.

Hacıyevski “Simurq”un 0:1 hesablı məğlubiyyətini də bu amillə izah edib: “İnter” klubunu qələbə münasibəti ilə təbrik edirəm. “İnter” bizdən daha güclü komandadır. Komandamın gələcəyinə inanıram, yaxşı komandamız var”.

Mənbə: pfl.az