Şafer istefa vermədi: Çox istərdim ki, hücumçularımız qol vursun
31.10.2010 - 19:57
Şafer istefa vermədi: Çox istərdim ki, hücumçularımız qol vursun
“İki əzmkar komandanın oyununun şahidi olduq. “Neftçi” autdan ötürmələrlə qapımıza ilk qolu vurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Azarkeşlərin istefaya səslədiyi almaniyalı mütəxəssis Unibank Premyer Liqasının XI turunun “Neftçi” ilə qarşılaşmasından sonra oyun haqda fikirlərini açıqlayıb. Şafer bu dəfə də istefa verməyib: “Bundan sonra “Neftçi” daha rahat oynadı və əks-hücumda ikinci qolu vura bildilər. Yarımmüdafiəçimiz Juninyonun zərbəsi qapı tirindən döndü. Çox istərdim ki, bu oyunda hücumçularımız daha aktiv olsun, qol vursun. Tam hazır olarsa gələn turda Joel Epalle də komandamıza kömək edə biləcək”.

Qeyd edək ki, “Neftçi”yə 0:2 hesablı məğlubiyyət “Bakı”nın ardıcıl 3-cü xalsız oyunu olub.