“Bu, “Bakı” klubu üçün son şanslardan biri idi”
31.10.2010 - 20:01
“Bu, “Bakı” klubu üçün son şanslardan biri idi”
“Oyunun çətin keçəcəyini bilirdik. Çünki, bu, “Bakı” klubu üçün son şanslardan biri idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

O, Unibank Premyer Liqasının Xı turunun “Bakı” ilə oyunundan sonrakı mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb. Əsədov komandasının 2:0 hesablı qələbəsindən məmnun olub: “Üstəlik “Xəzər Lənkəran” dünənki qələbədən sonra liderliyə yüksəlmişdi. Biz liderliyimizi geri qaytarmaq istəyirdik və buna nail olduq. Komandamın oyunundan razı qaldım. Xüsusən də ikinci hissədə göstərilən oyun məni qane etdi”.

Mənbə: pfl.az