Mahir Şükürovsuz “Anji” uduzdu
31.10.2010 - 20:09
Mahir Şükürovsuz “Anji” uduzdu
Rusiya Premyer Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi “Anji” öz meydanında “Lokomotiv”i qəbul edib.

Birinci hissənin sonlarından azlıqda qalan qonaqlar final fitinə 2 dəqiqə qalmış vurulan qolla 3 xal qazanıblar. Dağıstanlılar isə bu qarşılaşmanı da Şükürovsuz keçiriblər. Keçirdiyi allergiya üzündən müalicə olunmaq üçün Bakıya da gələn, bu səbəbdən hazırlıqlardan kənar qalan 28 yaşlı yarımmüdafiəçi yenə “18-lik”dən kənarda qalıb.

Qeyd edək ki, 26 turdan sonra hesabında 24 xal olan “Anji” 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.