İlqar Qurbanov 10 dəqiqə oynadı
31.10.2010 - 22:00
İlqar Qurbanov 10 dəqiqə oynadı
Türkiyə Bank Asiya I Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, çərçivəsində Azərbaycan yığmasının sabiq üzvləri – İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduqları “Mersin İdman Yurdu” “Qaziantep Böyükşəhər Bələdiyyəspor” komandasını qəbul edib.

Ev sahiblərinin 2 qırmızı vərəqə aldığı matçda Qurbanov da meydana çıxıb. Lakin 80-ci dəqiqədə Ərdalı əvəz edən həmyerlimiz komandasını 1:3 hesablı məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, “Mersin İdman Yurdu”nun heyətində Yunus (49 dəq), qonaqların heyətində isə Eren (42 dəq), Abdullah (47 dəq) və Ramazan (pen, 74 dəq) fərqləniblər.