“Bakı” antirekordların astanasında
01.11.2010 - 00:09
“Bakı” Unibank Premyer Liqasının XI turunda “Neftçi”yə uduzmaqla məğlubiyyət seriyasını 3 oyuna çatdırıb. Apasport.az saytının məlumatına görə, 2004-cü ildən indiki ad altında çıxış edən paytaxt təmsilçisi 6 illik tarixinin antirekordunun bir addımlığında dayanıb.
Belə ki, “Bakı” ümumilikdə keçirilən qarşılaşmalarda ən pis halda 4 dəfə ardıcıl uduzmuşdu. Bu hadisə ötən yay qeydə alınmışdı. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Levski”yə (Bolqarıstan) 0:2 hesabı ilə uduzduqdan sonra Avroliqada “Bazel”ə (İsveçrə) iki dəfə məğlub olan (1:3, 1:5) bakılılar Premyer Liqaya da uğursuz başlamışdı.
Bir neçə matçı təxirə salınan komanda ilk dəfə meydana çıxanda “Simurq” önündə aciz qalmışdı – 1:2. Belə uğursuzluq komandaya çempionluq qazandıran Qyoko Hacıyevskinin istefası ilə nəticələnmişdi. Düzdür, seriyanın ardından ona 2 matçda da şans verilmişdi. Amma həmin vaxt artıq baş məşqçi axtarışları start götürmüşdü.
İndiki baş məşqçi Vinfred Şaferlə də həmin uçurumun astanasında olan “Bakı” artıq 3 dəfə uduzub. “Qarabağ”a 0:2, “İnter”ə 0:1 və “Neftçi”yə 0:2 hesabı ilə uduzan Şaferin komandası növbəti sınağı “Gəncə”yə qarşıdır.
Lakin indiki seriyanın ötən yaydakından bir fərqi var. Bu dəfə bütün oyunlar eyni yarışa - ölkə çempionatına təsadüf edib. Elə Premyer Liqadakı məğlubiyyət seriyası da 4-ə bərabərdir və bu 2007/08 mövsümünə təsadüf edib. Həmin vaxt Hacıyevskinin yetirmələri “İnter” və “Standard”ın hər ikisinə 0:1, “Neftçi”yə 2:3 və “Olimpik”ə yenə 0:1 hesabı ilə uduzmuşdular. Bu məğlubiyyətləri əhatə edən dövrdə ölkə kubokunda qeydə alınan heç-heçələr ümumi oyunlar baxımından seriyanın yaşanmağına mane olmuşdu.
Bir sözlə, Şaferli “Bakı” həm ümumi, həm də çempionat oyunlarındakı məğlubiyyət seriyalarının 1 addımlığında dayanıb. Almaniyalının həmin qarşılaşmayadək postunda qalıb-qalmayacağını isə qarşıdakı həftə göstərəcək.

0
0