“Everton” rəhbərliyi Bakıya gəlir
01.11.2010 - 00:04
İngiltərənin “Everton” klubu Bakının “Neftçi” komandasına rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin ünvanına göndərilən məktubda britaniyalılar Araz Abdullayevin xidmətində maraqlı oldualarını bir daha təsdiqləyiblər.
“Everton” rəhbərliyi transfer etmək istədiyi gənc yarımmüdafiəçinin müqaviləsinə daxil olunmasını “Neftçi” tərəfinin tələb etdiyi şərtlərlə razılaşıb. Xatırladaq ki, klub prezidenti Sadıq Sadıqovun birbaşa tapşırığı ilə Arazın "Everton"a transferi ilə bağlı müqaviləsinə Azərbaycan futbolunun inkişafı və futbolçumuzun xeyri naminə bir neçə bənd əlavə olunmuşdu.
Bu isə o deməkdir ki, Araz 2011-ci il yanvarın 1-dən "Everton"un futbolçusu ola bilər. Bununla əlaqədar İngiltərə klubunun rəhbərliyi Bakıya təşrif buyuracaq və paytaxtımızda müqavilənin imzalanması mərasimi keçiriləcək. Və yalnız bu tədbir baş tutduqdan sonra həmyerlimiz Premyer Liqa təmsilçisinin üzvü olacaq.
Arazın özü də məsələylə bağlı fikirlərini açıqlayıb: "Everton"un futbolçusu olacağım üçün qürur duyuram. Mənə belə şərait yaradıldığına görə "Neftçi"nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Həm Azərbaycanın, həm də "Neftçi"nin adını uca tutmağa, vətənimi layiqincə təmsil etməyə çalışacağam. Ümid edirəm ki, gözəl oyunumla həm "Everton" fanatlarını, həm də azərbaycanlı azarkeşləri sevindirəcəyəm".
Mənbə: neftchifc.com

0
0