Estoniyada “Xəzər Lənkəran” damğası
01.11.2010 - 09:45
Estoniyada “Xəzər Lənkəran” damğası
Sona 1 tur qalmış çempionun müəyyənləşdiyi Estoniyada “Flora” yenidən qızıl medallara qovuşub. Apasport.az saytının məlumatına görə, “Levadiya”nın 4 illik hegemonluğuna son qoyan yeni çempionun uğurunda Azərbaycan futbolunun da müəyyən rolu olub.

Belə ki, “Flora”nın uğurunun səbəblərini araşdıran estoniyalı həmkarlarımız buna 5 amilin təsir etməsi qənaətinə gəliblər. Bunlardan biri də “Levadiya”nın zəiflədilməsidir. Üç aparıcı futbolçusu və baş məşqçisini itirən tallinlilərə zərbə vuranlardan biri də “Xəzər Lənkəran” olub. Cənubluların Tihon Şişovu transfer etməklə, “Flora”nın rəqibinin müdafiə xəttini zəiflədib.

Qeyd edək ki, Şişov 2009/10 mövsümünün ikinci yarısında “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Yəni, Estoniyada 2010 mövsümünün ilk hissəsi oynanılan vaxt ölkəmizdə olub. Lakin müqavilə ilə hələ də təmsilçimizə məxsus olan müdafiəçi sonradan da “Levadiya”ya kömək edə bilməyib.