Sakit Alıyev yenidən “Turan”a qayıtdı
01.11.2010 - 10:23
Mövsümün əvvəlində “Turan”ın baş məşqçisi təyin edilən, amma “Bakı”ya məğlubiyyətdən sonra istefaya göndərilən Sakit Alıyev yenidən keçmiş komandasına geri dönüb. Apasport.az saytının xəbərinə görə, mütəxəssis bundan sonra klubun uşaq futbol məktəbinə rəhbərlik edəcək.
Xatırladaq ki, Sakit Alıyevin xüsusilə də gənclərin Azərbaycan futboluna qazandırılmasında müstəsna xidmətləri olub. O, Elvin Məmmədov, Vurğun Hüseynov, Cavid Hüseynov, Asəf Qədiri, Cavid Tağıyev, Azər Məmmədov kimi oyunçulara güvənməklə yanılmadığını illər öncədən nümayiş etdirib.

0
0