“Xəzər Lənkəran” yeni rekord vurdu
01.11.2010 - 11:03
“Xəzər Lənkəran”  yeni rekord vurdu
AFFA-nın 15 yaşadək qızlar arasında keçirdiyi ölkə çempionatında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalardan biri U-15 Liqasının yeni rekordu ilə əlamətdar olub. Belə ki, “Buzovna” ilə qarşılaşan “Xəzər Lənkəran” yarışın ən böyük hesablı qələbəsini qazanıb. Cənublular rəqibini 23:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, bu matçadək rekord “Buzovna”nı 14:0 hesabı ilə məğlub edən “Samur”a məxsus idi.