Musa Süleymanov: Mən də onları “sındırmaq” istəmədim - MÜSAHİBƏ
01.11.2010 - 11:33
“Turan” Unibank Premyer Liqasının cari mövsümündə ilk qələbəsini qazandı. MOİK-i 2:0 hesabı ilə məğlubiyyətə uğradan Tovuz təmsilçisinin prezidenti Musa Süleymanov oyundan sonra apasport.az saytının müxbirinin suallarını cavablandırıb.
- MOİK-lə qarşılaşmada “Turan” cari mövsümdə ilk qələbəsini qazandı. Komandanın nümayiş etdirdiyi oyun sizi qane etdimi?
- Qələbə qazansaq da, oyun baxımından komandadan razı qalmadım. Daha yaxşı oyun nümayiş etdirə, böyük hesabla qalib gələ bilərdik. Düzdür, uşaqlar mübarizə apardılar, rəqib də asan təslim olmadı. Müqavimət göstərdilər, mübarizə apardılar. Sadəcə, biz imkanlarımızdan istifadə edə bilmədik.
- Bir müddət əvvəl heyətdən uzaqlaşdırdığınız Georgi Modebadze geri dönüb. O, 2 oyunda şans verilməsini istəmişdi. MOİK-lə matçda meydana çıxan və 60 dəqiqə oynayan gürcü hücumçunun çıxışından razı qaldınızmı?
- Oynaya bilmədi. O, komandadan gedəcək.
- Növbəti görüşdən sonra?
- Növbəti oyunu gözləməyə ehtiyac yoxdu. Öz xahişi ilə komandaya döndü və 2 oyunda şans istədi. Modebadzeyə şans verməyimizi komanda üzvləri də istədilər. Mən də onları “sındırmaq” istəmədim. Getsin hazırlaşsın, qışda hazır olsa, yenidən komandaya götürərik. Ancaq indiki məqamda bizə xeyir verəcək gücdə deyil.
- Oyun baxımından komandadan razı qalmadığınızı dediniz. Sizcə, bu proses nə vaxta qədər davam edəcək?
- Düzələcək. Mən komandanın çempion olmasını istəyirəm. Ancaq bu gün futbolçular pis oynamadılar. Əllərindən gələni əsirgəmədilər. Sadəcə, mən razı qalmadım.
- Bir qədər də konkretləşdirsək, kimlərin oyunundan razı qaldınız?
- Georgi Çediya, Rəşad Orucov, eləcə də müdafiə xəttində yer alan futbolçularımız yaxşı oynadılar. Kamal Bayramov da razı qaldım.
- Əvəzedici komandanın oyununu necə, izləyə bildinizmi?
- İzləyə bilmədim, amma onlar mütləq cəzalandırılacaqlar.
- Görünür, ardıcıl qələbələr uşaqlarda müəyyən arxayınçılıq yaradıb.
- Ola bilsin. Bütün oyunlarını izləyirdim, amma MOİK-lə matça çata bilmədim.
- Əvəzedici komandanın bir neçə futbolçusunun əsas heyətə cəlb edilməsi onların oyununa mənfi təsir göstərə bilərmi?
- Xeyr. MOİK-in əvəzedici komandası da güclüdür. Onlar da sona qədər mübarizə apardılar. Bəlkə də mən oyunda olsaydım, komanda qələbə qazanardı.
- Bu oyunun internet vasitəsilə yayımlanması baş tutdumu?
- İP kameralar quraşdırılıb. Bakıdan mütəxəssis dəvət etmişik. Hazırda bu istiqamətdə işlər görülür.
- Növbəti oyunda bunun reallaşacağını gözləmək olarmı?
- Xeyr. Çünki 4 kameradan biri quraşdırılan zaman sındırılıb. Özü də sınan kamera oyunçuları, topu izləyəndir. İndi həmin kamera ABŞ-a göndəriləcək. Onun təmiri və geri göndərilməsi təxminən 1 ay çəkəcək.
- MOİK üzərindəki qələbəyə görə, mükafat olacaqmı?
- Əlbəttə, olacaq. Amma məbləği deyə bilmərəm.

0
0