Alman almana bənzər
                    
                    01.11.2010 - 12:30
                        
                        “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer həmyerlisi Hans-Yurgen Gedenin antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XI turunun “Neftçi” ilə görüşündəki məğlubiyyət almaniyalı çalışdırıcı üçün “zolaqlılar”ın “sükanı arxasında” 6-cı uğursuzluq olub. 
Bununla, Şafer “Neftçi”dəki uğursuz fəaliyyətinə görə qovulan həmyerlisi Hans-Yurgen Gedeyə çatıb. Azərbaycan klubunda ən çox uduzan almaniyalı baş məşqçi adının vahid sahibi olmaq üçün Şaferin cəmi 1 məğlubiyyəti çatmır. Bu iki çalışdırıcı Azərbaycan çempionatlarında da eyni sayda oyunda xalsız qalmağın acısını yaşayıb.
Qeyd edək ki, Şafer Gede ilə müqayisədə daha az oyunda bu qədər məğlubiyyət alıb.
                        
Klubunda  | ||||||
Hans-Yurgen Gede  |   15  |   5  |   4  |   6  |   17-14  |   19  | 
Vinfred Şafer  |   13  |   4  |   3  |   6  |   14-19  |   15  | 
Çempionatda  | ||||||
Hans-Yurgen Gede  |   12  |   3  |   4  |   5  |   12-12  |   13  | 
Vinfred Şafer  |   11  |   3  |   3  |   5  |   12-15  |   12  | 
Kubokda  | ||||||
Hans-Yurgen Gede  |   3  |   2  |   0  |   1  |   5-2  |   6  | 
Vinfred Şafer  |   -  |   -  |   -  |   -  |   -  |   -  | 
Avrokubokda  | ||||||
Hans-Yurgen Gede  |   -  |   -  |   -  |   -  |   -  |   -  | 
Vinfred Şafer  |   2  |   1  |   0  |   1  |   2-4  |   3  | 
                                
                                0
                                
                                0