“Turan” 2 həsrətə son qoydu
01.11.2010 - 12:44
“Turan” 2 həsrətə son qoydu
Tovuzun “Turan” klubu qələbəsiz oyunlar seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk qələbəsini Unibank Premyer Liqasının XI turunun MOİK-lə oyununda 2:0 hesabı ilə qalib gələn tovuzlular 10 matçlıq uğursuzluqdan sonra 3 xal qazanıb. Qərblilər sonuncu dəfə ötən mövsümün son turunda “Karvan”la Yevlaxdakı matçda qalib gəlmişdilər – 4:1. Bu matç mayın 16-da baş tutmuşdu. Qələbəsizliyə oktyabrın 30-da son qoyan “Turan” 167 gündən sonra meydanı 3 xalla tərk edib.

Bu dəfə öz meydanında qalib gələn Tovuz təmsilçisi doğma meydandakı həsrətinə də son qoyub. Onlar sonuncu dəfə elə həmin “Karvan”ı məğlub yola salmışdılar. Aprelin 11-də baş tutan 27-ci turun qarşılaşmasında “Turan” 2:0 hesabı ilə qalib gəlmişdi. Bu isə o deməkdir ki, Tovuz stadionundakı qələbə həsrəti 202 gün sürüb.