Azərbaycan çempionu üçün daha 2 rəqib
01.11.2010 - 12:55
Unibank Premyer Liqasının qalibinin Çempionlar Liqasında daha 2 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “yaz-payız” sistemi ilə keçirilən Litva və Latviya çempionatlarının qalibləri bəlli olub. Növbəti mövsümdə Çempionlar Liqasında bu ölkələri müvafiq olaraq, “Ekranas” və “Skonto” komandaları təmsil edəcəklər.
Belə ki, “Ekranas” Litva çempionatının başa çatmasına 1 tur qalmış I yeri təmin edib. Onlar ardıcıl 3-cü çempionluqlarını “Şaulyay” üzərində 2:1 hesablı qələbədən sonra bayram ediblər.
Latviya birinciliyində də oxşar hadisə yaşanıb. Onlar da marafonunun yekunlaşmasına 1 oyun qalmış II yerdə gedən “Ventspils”lə heç-heçə edərək, onları 6 xal qabaqlayıb və 6-cı il dalbadal çempionatın qızıl medalına yiyələnib. Bu ümumilikdə isə onların 15-ci çempionluğu olub.
Qeyd edək ki, “Ekranas” və “Skonto” 2011/12 mövsümünün Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu ilə qarşılaşa bilər.

0
0