Ceyhun Sultanov gələcəyi düşünür
01.11.2010 - 13:57
“Qəbələ” ilə oyunda qələbə qazanmaq mümkün idi. Qol imkanlarımız oldu. Amma bundan istifadə edə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Unibank Premyer Liqasının XI turunda “Qəbələ” ilə qarşılaşan Gəncə təmsilçisi 3 xal qazanmaq və “Neftçi”yə böyük hesablı məğlubiyyəti unutdurmaq istəyirdi. Ancaq 90 dəqiqə ərzində qapılara qol vurulmadı: “Hər oyunda qələbə qazanmaq istəsən də, bəzən əksi də olur. 100 faizlik imkanlarımız oldu. Top qapıya daxil olmurdu”.
Qələbə Fuad İsmayılovun yetirmələrinin I dövrəni ilk “altılıq”da bitirməsinə gətirib çıxaracaqdı. Amma qərb təmsilçisi bu fürsəti əldən verdi. İndi gəncəliləri “Bakı” ilə sınaq gözləyir. Elə futbolçular da bu oyuna köklənməyə çalışırlar: “Biz də dövrəni ilk “altılıq”da bitirmək istəyirdik. Alınmadı. Gələcəyi düşünmək lazımdır. Oyundan oyuna “Neftçi” ilə matçdakı yenilgini unudacağıq. Heç-heçə etdik. Qarşıda ağır oyunlarımız var. “Bakı”nı udub, yenidən qələbələri sıralamaq istəyirik”.

0
0