Berti Foqtsun Bakıya qayıdacağı tarix dəqiqləşdi
01.11.2010 - 14:10
Berti Foqtsun Bakıya qayıdacağı tarix dəqiqləşdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Bakıya qayıdacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hazırda vətəni Almaniyada olan mütəxəssis noyabrın 5-də paytaxtımızda olacaq.

Foqts Çernoqoriya yığması ilə yoldaşlıq görüşü öncəsi Premyer Liqanın 2 oyununu izləməyi də planlaşdırır. Noyabrın 17-də “Pod Qoritsom” stadionunda növbəti imtahanının verəcək milli komandamızın Bakıda 3 günlük təlim-məşq toplanışı keçməsi də nəzərdə tutulub. Tarix tam dəqiqləşməsə də, almaniyalı çalışdırıcının noyabrın 8-11-də futbolçuları sərəncamında görməsi gözlənilir.