“Neftçi”nin şikayəti təmin olunmadı
01.11.2010 - 16:45
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Neftçi” klubunun şikayətinə baxılıb.
Qurum İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan məşqçi Bəxtiyar Musayevlə bağlı məsələni araşdırıb. Aparılan müzakirələrdən sonra qərara alınıb ki, “Neftçi”nin şikayəti təmin olunmasın və İntizam Komitəsinin bu komandanın məşqçisi Bəxtiyar Musayev barədə çıxardığı qərar qüvvədə saxlanılsın.
Qeyd edək ki, Musayev Unibank Premyer Liqasının X turunun “Gəncə” ilə oyunu zamanı baş hakim Elçin Məmmədovu təhqir etmişdi. İntizam Komitəsi referiyə “mırıldama” deyən Musayevi 5 oyunluq cəza verib, klubunu 5 min manat cərimələmişdi.

0
0