“Neftçi” “Qalatasaray”dan 100 min dollar istəyir
02.11.2010 - 00:03
“Fiziki hazırlıq üzrə italiyalı məşqçi Covanni Melkiorre ilə ilin sonunadək müqaviləmiz var. Bizə dedi ki, İstanbula aldığı təkliflə maraqlanmağa gedir. Amma özbaşına danışıqlar apararaq, “Qalatasaray”da qalıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Rumıniyalı mütəxəssis Georgi Hacı “Qalatasaray”a baş məşqçi təyin olunduqdan sonra Covanni Melkiorrenini “sarı-qırmızılı” komandaya dəvət etdi. Artıq Türkiyəyə yollanan italiyalı məşqçi qonşu ölkədə işə başlayıb. Lakin “Neftçi” rəhbərliyi onun gedişini qanunsuz hesab etməklə yanaşı, “Cim Bom”dan kompensasiya istəyir: “Tələbimiz odur ki, Covanni qanunauyğun şəkildə hərəkət etsin. Onunla 2 illik müqavilə bağlamışdıq ki, bu da başa çatmayıb. Biz hələ UEFA-ya şikayət etməmişik. Müraciətimiz “Qalatasaray” klubuna olub ki, bu məsələni həll etmək lazımdır”.
Sadıqov bildirib ki, “Qalatasaray” 100 min dollar ödədikdən sonra Melkiorrenin xidmətindən yararlana bilər: “Peşəkar klub kimi, bizim də maraqlarımız var. Bəyəm “Neftçi” “Qalatasaray”dan aşağı səviyyədədir? Biz 2 il ərzində ona normal maaş vermişik. Ona görə də kluba çatacaq kompensasiyanı istəyirik. Təxminən “Qalatasaray”dan 100 min dollar civarında pul tələb edirik”.
Tahir HÜMMƏTOV

0
0