Elvin Əliyev: Buna da şükür edirik
01.11.2010 - 18:41
“Muğan”la oyunumuz adi çempionat qarşılaşması idi. Rəqibimiz ilk “altılıq”dan uzaqlaşmamaq üçün bizi udmaq istəyirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Elvin Əliyev deyib.
I dövrənin sonuncu oyununda “Muğan”la qarşılaşan və qələbə qazanmaqla liderlə xal fərqinin artmasına imkan verməyən AZAL, həm də mövqeyini qorumuş oldu. Oyun haqda danışan müdafiəçi rəqibin sürpriz edəcək gücdə olduğunu, amma AZAL oyunlara daha məsuliyyətlə yanaşdığını qeyd edib: “Biz də qələbə qazanıb, digər rəqiblərimizdən uzaqlaşmaq istəmirdik. İmkanlarımız çox oldu, cəmi ikisini vurduq. Özüm də fərqlənə bilərdim, ancaq “çərçivə”yə düşə bilmədim”.
Oyunsonrası keçirilən mətbuat konfransında “Muğan”ın daha yaxşı oynadığını qeyd edən Almir Hurtiçə Əliyevin cavabı belə oldu: “Muğan” hardan yaxşı oynadı? Ola bilsin, 5-10 dəqiqə mərkəzdə topa nəzarət etdilər. Onların yeganə real qol şansı 90+3-cü dəqiqədə olub. Həmin vaxt hesabda irəli olduğumuzdan, həm də oyunun son saniyələri getdiyindən uşaqlarda boşalma yaranmışdı. Qapıçımız bizi sığortalamaqla, səhvimizi düzəltdi. Qalan oyun ərzində heç bir şansları olmayıb. Bu gün matçın videoyazısına yenidən baxdıq”.
Başa çatan birinci dövrədə komandanın qarşısına qoyduğu məqsədə nail olduğunu deyən Elvin Əliyev bəzi oyunlarda itirilən xallara görə təəssüflənir: “Mövsümə başlayanda əvvəlcə ilk “alıtılığ”a düşmək haqda düşünürdük. Artıq yerimizi müəyyən qədər bərkitmişik. Bəzi oyunlarda öz səhvimiz üzündən qızıl xalları itirdik. Ancaq buna da şükür edirik. II dövrədə daha yaxşı oynayacağıq. Mübariz kollektivimiz var”.

0
0