“Qalatasaray”ın vitse-prezidenti Bakıya gəlir
01.11.2010 - 19:02
“Qalatasaray”ın vitse-prezidenti Bakıya gələcək. Bu barədə apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, “Cim Bom” nümayəndəsinin gəlişinə səbəb “Neftçi”nin sabiq fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorrenin “sarı-qırmızılı” komandaya keçidini rəsmiləşdirməkdir: “Bu komandanın vitse-prezidentlərindən biri noyabrın 5-dək Bakıda olacaq və Melkiorre ilə bağlı yaranan məsələ həll ediləcək”.
Qeyd edək ki, “Neftçi” rəhbərliyi Melkiorrenin “Qalatasaray”da işə başlamasında UEFA-ya şikayət etməyi planlaşdırır. Lakin hələlik “Qalatasaray”a müraciət edən paytaxt klubu vitse-prezidentin yolunu gözləyir.

0
0