Sxadadze qovuldu
01.11.2010 - 22:22
İcarə əsasında “Simurq”da oynayan Paulius Paknis, Baçano Sxadadze və Tofiq Mikayılov komandadan qovulub. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, bu futbolçular qeyri-peşəkarlıq göstərdikləri üçün hal-hazırda məxsus olduqları komandanın formasına hörmətsizlik edərək, Unibank Premyer Liqasının XI turunda “İnter”lı oyuna çıxmaqdan imtina ediblər. Bu səbəbdən Zaqatala təmsilçisinin rəhbərliyi onları komandadan uzaqlaşdırıb.
Qeyd edək ki, hər 3 futbolçu müqavilə ilə “İnter” klubuna məxsusdur.
Qeyd edək ki, hər 3 futbolçu müqavilə ilə “İnter” klubuna məxsusdur.
0
0