Məşhur futbolçu arvadına görə komandadan qovuldu
02.11.2010 - 00:15
Məşhur futbolçu arvadına görə komandadan qovuldu
İtaliya A seriyasında çıxış edən "Sampdoriya"nın əsas futbolçularından olan Antonio Kassano komandadan qovulub. Apasport.az saytının xəbərinə görə, klub prezidenti Rikardo Qarrone İtaliya millisinin də şərəfini qoruyan futbolçunun müqaviləsini ləğv edib.

Belə ki, Kassano həyat yoldaşının hamilə olması səbəbindən ona baxmaq məcburiyyətində qaldığı üçün klub prezidenti Rikardonun təşkil etdiyi ziyafətdə iştirak edə bilməyib. Kassanonun məhz bu hərəkəti onun komandadan qovulması ilə nəticələnib. İtalyan oyunçunun bu qərara hüquqi yollarla etiraz etməsi gözlənilsə də, Kassano özünü yalnız sözlə müdafiə etməklə kifayətlənib.