“Turan”da heç kimin istəmədiyi hadisələr oldu” - FOTO
02.11.2010 - 11:14
“MOİK-lə oyun qələbə qazanmalı olduğumuz qarşılaşmalardan biri idi. Çünki qələbə sayəsində turnir cədvəlində həm MOİK-i, həm də “Simurq”u qabaqlayacaqdıq. Sonda istədiyimiz nəticəni qazandığımız üçün sevinməyə dəyər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun türkiyəli müdafiəçisi Muammer Erdoğdu deyib.
Cari mövsümdə ilk qələbəsini cəmi 3 gün əvvəl qazanan “Turan” bununla da uğursuz seriyaya son qoydu. Artıq 2 ildir Tovuz təmsilçisinin formasını geyinən müdafiəçi qələbə üçün bu qədər gözləməli olmalarının səbəbləri barədə danışıb: “Komandada bəzi problemlər var idi. Mən zədəli olduğum üçün 2 aydır oynamırdım. Bu, zədədən döndükdən sonra ilk oyunum idi. Yəni, komandada heç kimin istəmədiyi hadisələr oldu. Ancaq bu qələbədən sonra daha yaxşı olacağına inanıram”.
Zədəsi barədə də danışan Erdoğdu fasilədə yenidən Türkiyəyə gedəcəyini bildirib: “Zədəm ciddi idi. İki ay topa toxuna bilmədim. Ayağımda yırtıq yaranmışdı. Müalicəni Türkiyədə həyata keçirdim. Fasilədə yenə ora gedəcəm”.
Baş məşqçi dəyişikliyinə də toxunan futbolçu hadisələrin axarı barədə danışmaq istəməyib: “Sakit Alıyev yaxşı məşqçi idi. Azərbaycan futboluna önəmli oyunçular qazandırıb. Onun işi ortadadır. Lakin istefasından sonra komandaya Revaz Dzodzuaşvili başçılıq edir. Necə olacağını deyə bilmərəm. Karyerası zəngindir. Bir-birimizi hələ yeni tanıyırıq”.

0
0