Bütün klublarda əcnəbi məşqçilər çalışsaydı, Kaxaber Sxadadze çempion olardı
02.11.2010 - 12:10
Unibank Premyer Liqasının 2010/11 mövsümündə təsnifat mərhələsinin I dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, arxada qalan 11 turda 13 baş məşqçi iş başında oldu.
Onlardan 7-si əcnəbi mütəxəssislərdir. Həmin gəlmələrdən biri – Revaz Dzodzuaşvili yalnız son 3 tur ərəfəsində baş məşqçi postuna təyin olunub. 6 ölkəni təmsil edən həmin 7 əcnəbi 32 qarşılaşmada bir-biri ilə qarşılaşıb. Gəlmələrin duellərində Kaxaber Sxadadze hamıdan yaxşıdır. Bütün məğlubiyyətləri yerli həmkarlarından alan mütəxəssis əcnəbilərlə görüşlərdə heç qol da buraxmayıb. Onun kimi, Azərbaycan çempionu olmuş digər legioner mütəxəssis Qyoko Hacıyevski isə qələbə nə olduğunu bilməyib.
Vüqar XEYRULLAYEV

1 | Kaxaber Sxadadze | “İnter | Gürcüstan | 5 | 4 | 1 | 0 | 4-0 | 13 |
2 | Mirça Rednik | “Xəzər Lənkəran” | Rumıniya | 6 | 3 | 3 | 0 | 6-1 | 12 |
3 | Vinfred Şafer | “Bakı” | Almaniya | 5 | 2 | 1 | 2 | 6-5 | 7 |
4 | Toni Adams | “Qəbələ” | İngiltərə | 5 | 2 | 0 | 3 | 4-4 | 6 |
5 | Almir Hurtiç | “Muğan” | Bosniya və Herseqovina | 5 | 1 | 2 | 2 | 2-4 | 5 |
6 | Qyoko Hacıyevski | “Simurq” | Makedoniya | 5 | 0 | 1 | 4 | 1-7 | 1 |
7 | Revaz Dzodzuaşvili | “Turan” | Gürcüstan | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
Vüqar XEYRULLAYEV
0
0