Azərbaycan yığması üçün 65 saat
02.11.2010 - 12:23
Azərbaycan yığması üçün 65 saat
Noyabrın 17-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Çernoqoriya yığmasının bu matça hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, sabiq yuqoslaviyalılar millimizlə oyun öncəsi 65 saat birlikdə olmağın da kifayət edəcəyini düşünürlər. Belə ki, Zlatko Krançar yetirmələrini noyabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da bir araya gətirəcək. Çernoqoriya yığması Podqoritsanın “Siti” otelində yığışacaq.

Qeyd edək ki, Podqoritsanın şəhər stadionunda baş tutacaq oyun noyabrın 17-də saat 16:00-da başlayacaq.