UEFA Bakıda seminar keçirir – FOTOSESSİYA
02.11.2010 - 12:44
Bu gün Bakıda UEFA-nın “Azərbaycanda Kütləvi Futbol” mövzusunda seminarı başlayıb. Apasport.az saytının məlumatına görə, noyabrın 4-ə qədər davam edəcək seminarı giriş sözü ilə AFFA-nın baş katibi Elxan Məmmədov açıb.
Tədbir iştirakçılarını salamlayan Məmmədov bu seminarın Bakıda keçirilməsinə şərait yaratdığı üçün UEFA rəhbərliyinə minnətdarlığını bildirib. Baş katib çıxışında son illər Azərbaycanda futbolun kütləviliyinin artırılması istiqamətində bir çox tədbirlər görüldüyünü, müxtəlif layihələr həyata keçirildiyini deyib. Bu barədə AFFA-nın əməkdaşlarının daha ətraflı məlumat verəcəyini qeyd edən Məmmədov seminar iştirakçılarına uğurlar arzulayıb.
Sonra UEFA-nın Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolf çıxış edərək, futbolun kütləviliyinin əhəmiyyəti barədə danışıb. O, UEFA tərəfindən futbolun kütləviliyinin artırılması, futbolda təhsilin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, tətbiq olunan proqramlar barədə məlumat verib, kütləvi futbolun tarixi barədə seminar iştirakçılarını məlumatlandırıb.
Mənbə: affa.az

0
0