Elçin Məmmədov 1 turu buraxacaq
02.11.2010 - 13:07
Elçin Məmmədov 1 turu buraxacaq
Futzal üzrə FİFA referisi Elçin Məmmədov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz futzal üzrə UEFA kubokunun elit-raundunun D qrupunda keçiriləcək oyunlarda meydana çıxacaq hakimlərdən biri olacaq.

“Sportinq” (Portuqaliya), “Mursiya” (İspaniya), “Xrudim” (Çexiya) və “Tırqu-Muraş” (Rumıniya) komandalarının mübarizə aparacağı bu qrupun oyunları noyabrın 24-dən 29-dək Portuqaliyada keçiriləcək. Bu isə o deməkdir ki, Məmmədov Unibank Premyer liqasının XV turundan kənar qalacaq.

Mənbə: affa.az